İlham Əliyevin tənqid etdiyi Yanardağ necə dəyişdi? –   Müqayisəli fotolar

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevin tənqid etdiyi Yanardağ necə dəyişdi? – Müqayisəli fotolar

Siyasət

12 İyun 2019 14:47 1719


Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun əsaslı təmirindən sonra açılışını edib.

İ. Əliyev 2 il öncə burada olan zaman qoruqdakı bərbad durumu tənqid etmişdi. O, bildirmişdi: “Bizim tarixi yerlərimizin yenidən qurulması, bərpası istiqamətində çox böyük işlər görülür. Deyə bilərəm ki, bu il böyük turist kütləsini cəlb edən Yanardağ qoruğu yenidən fəaliyyətə başlayacaq. Çünki mən orada olarkən acınacaqlı mənzərədən dəhşətə gəldim. Mən Yanardağda sovet vaxtında olmuşam. O vaxtdan bu günə qədər heç nə dəyişilməyib – həmin o dağılmış binalar, eybəcər budkalar.

Adam baxanda dəhşətə gəlir, bura Bakıdır, Azərbaycandır, yoxsa, haradır? Sözün düzü, mənim oraya yolum düşmürdü. Əlbəttə, mən orada olarkən dərhal göstəriş verdim ki, o tarixi yer yenidən qurulsun və bu il biz artıq buna nail olacağıq”.  pizza sifarişi

İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq vermişdi ki,  bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın. 

Artıq İ. Əliyevin tənqid etdiyi bütün problemlər aradan qalddırılıb. 

“Yeni Sabah” Yanardağın həm əvvəlki, həm də hazırkı fotolarını təqdim edir: 

Əvvəlki fotolar

Hazırkı fotolar


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!