“İlham Namiq Kamalın meyitini məsciddə şəxsən mən yuyacam” - Qalmaqal böyüyür   + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“İlham Namiq Kamalın meyitini məsciddə şəxsən mən yuyacam” - Qalmaqal böyüyür + VİDEO

Mədəniyyət

18 İyun 2022 11:33 18804


Ötən gün Space Tv-də «Gəl, danış» sosial-kriminal layihədə «Qayınana» filmi haqqında açıqlama verən Şeyx Əbdüllə bağlı mübahisə böyüyür.

Yenisabah.az xəbər verir ki, kinorejissorun filmi tənqid etməsi, Azərbaycan ədəbiyyatına və əxlaqına xas olmadığını iddia etməsi ətrafında müzakirələr səngimək bilmir. Məsələ ilə bağlı açıqlama verən Xalq artisti İlham Namiq Kamalın «Mən Şeyx Əbdülü tanımıram. O kimdir? Məsciddə işləyir?» açıqlamasına Əbdül Mahmudovu özündən çıxarıb.

Canlı yayımda iştirak edən aktiyor baş verənlərə aydınlıq gətirib. «O, tez-tez mənimlə görüşür. Arada-sırada dərdləşirik. İndi məni tanımır? Məsciddə işləyəcəm və onun meyidini də mən yuyacam. O, qadın obrazlarını oynayan aktiyor olub. Əgər İlham Namiq Kamal «qayınana» obrazını müsbət sayırsa qoy saysın. Mənim nəslimdə elə qayınanalar ola bilməz. Çünki bizim nəslimiz ziyalı nəsildir. Onu deyə bilmərəm».   pizza

Xalq artistinin həmkarı Nürəddin Mehdixanlının «Şeyxin son zamanlar qəribə açıqlamaları olur. «Qayınana» filmində mənəviyyatımıza ziyan vuracaq heç bir hadisə yoxdur»» açıqlamasına da Şeyx Əbdül cavab verib: «Mən Nəsibə xanımla bağlı heç nə deməmişəm. Onun sənətinə böyük hörmətim var»

Aparıcı Amil Xəlilin «Yeddi oğul istərəm» filmi dəyərlərimizə uyğundurmu? O filmdə sovet ideolagiyası təbliğ edilməyibmi?" sualına Xalq artisti «Biz orada torpağa, millətə, adət-ənənələrimizə bağlılığımızı nümayiş elətdirmişik» cavabını verib.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!