İlin ikinci Ay tutulması baş verəcək

saytların hazırlanması

Evə çatdırılma

İlin ikinci Ay tutulması baş verəcək

Dünya

16 İyul 2019 10:05 968


Sabah ilin ikinci Ay tutulması (qismən) baş verəcək.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından "Yeni Sabah"a verilən məlumata görə, proses iyulun 17-də saat 00:03-də başlayacaq və saat 01:31-də maksimum həddə olacaq.

Təbiət hadisəsi saat 02:59-da başa çatacaq.

Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq.

Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq.

Qeyd edək ki, 2019-cu ilin ilk Ay tutulması yanvarın 21-də baş verib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!