“İlk dəfə olaraq alış kursunu 1.7020-dək yüksəlib” –   Azərbaycanda dollar yenə bahalaşır?

saytların hazırlanması

Evə çatdırılma

“İlk dəfə olaraq alış kursunu 1.7020-dək yüksəlib” – Azərbaycanda dollar yenə bahalaşır?

İqtisadiyyat

04 Dekabr 2019 08:01 1833


“2019-cu ilin ilk 11 ayında 5 milyard 707 milyon dollar valyuta satan Dövlət Neft Fondu (ARDNF) ötən ilin analoji dövrü ilə müqayisədə satışı 1,3 faiz azaltsa da, bu aydan etibarən dollara tələbin artması müşahidə olunmaqdadır. Bəzi banklarda son aylar ilk dəfə olaraq 1 dolların alış kursunu 1.7020-dək yüksəlib”. 

“Yeni Sabah” xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O sözlərinə belə davam edib:

“Öncədən proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələbin artması gözlənilən idi. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır. Bir barel neftin dünya bazar qiyməti 60 dollardan aşağı olmasa da, hələ də neft ölkələri üçün məqbul səviyyə hesab olunmur. Eyni zamanda, neft bazarındakı volatillik də neft ölkələrinin valyuta gəlirlərinə birbaşa təsir göstərir.  pizza hut

Dekabrda dollara tələbin artmasının davam edəcəyi gözlənilir. Növbəti aydan etibarən tələb yenidən stabilləşəcək. Manatın məzənnəsinin necə dəyişməsi isə birbaşa yenə də Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Amma aydındır ki, uzun müddətli dövrdə manatın məzənnəsinin stabilliyi üçün valyuta bazarına neftdən kənar sektordan daxil olan valyutanın həcminin artırılmasına ehtiyac var”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!