İlk “DOST” mərkəzi Yasamal rayonunda açılacaq

saytların hazırlanması

Evə çatdırılma

İlk “DOST” mərkəzi Yasamal rayonunda açılacaq

Sosial

22 Fevral 2019 15:28 3112


İlk “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzinin mart ayının sonu, aprel ayının əvvəllərində Bakı şəhərinin Yasamal rayonunda açılması gözlənilir. 

“Yeni Sabah” xəbər verir ki, eyni zamanda bu ilin sonunadək Bakının Binəqədi, Nizami və Xəzər rayonlarında da “DOST” mərkəzlərinin yaradılması nəzərdə tutulur. 2019 – 2025-ci illərdə ölkədə 31 “DOST” Mərkəzi yaradılacaq. Onlardan 5-i Bakı, 2-si Sumqayıt, 2-si Gəncə şəhərlərində, qalanları respublikanın digər regionlarında açılacaq. 

Mərkəzlərdə dövlət sosial xidmətləri sistemləşdirilmiş formada vahid platformadan, “bir pəncərə”dən, vətəndaşlarla açıq iş şəraitində şəffaf və operativ şəkildə təqdim olunacaq. Bu xidmətlərə əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələr üzrə xidmətlər daxildir. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!