İlkin mərhələdə qan testi koronavirusun dəqiq analizi sayılırmı? -   Həkim rəyi

saytların hazırlanması

Evə çatdırılma

İlkin mərhələdə qan testi koronavirusun dəqiq analizi sayılırmı? - Həkim rəyi

Sağlamlıq

13 Yanvar 2021 14:41 873


Biz qan testi vasitəsilə yalnız koronavirus xəstəliyini keçirib-keçirmədiyimiz barədə məlumat ala bilərik.

Yenisabah.az xəbər verir ki, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, seroloji test yoluxmadan 1 həftə sonra müsbət olmağa başlayır. Kimsə xəstəlik yeni başlandıqda qan analizi verərsə, onda COVİD-19-a qarşı anticisimlər aşkarlanmayacaq: Sezar pizza

“Bu, səhv nəticə olacaq. Seroloji testin analizi xəstəlik başlayandan bir həftə sonra müsbət olmağa başlayır. Xəstəliyin dəqiq analizini yaxma nümunəsindən PSR üsulu ilə aparılan müayinə nəticəsində əldə etmək olar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!