"İlon Mask maqnit qasırğası ucbatından fevralın 3-dən orbitə buraxılan 40-a qədər peyki itirəcək".
Yenisabah.az xəbər verir ki, bu barədə "SpaceX" vebsaytı yazıb.
Saytın məlumatına görə, fevralın əvvəlində baş verən maqnit qasırğası İlon Maskın "Starlink" peykinin orbitə çıxmasına mane olub. Marqarita pizza
Fevralın 3-də Yer kürəsində zəif G1 maqnit qasırğası başlayıb. Buna yanvarın 30-da Günəşdə baş verən orta güclü uzunmüddətli - M sinifli məşəl səbəb olub. Məşəl dörd saatdan çox davam edib və Yerə doğru yönəlmiş koronal kütlənin atılması ilə müşayiət olunub.
Məlumatda deyilir: "40-a qədər peyk orbitdən enəcək və ya artıq enib".
Şirkət izah edib ki, maqnit qasırğaları atmosferi qızdıraraq onun sıxlığını artırır. "SpaceX"-in məlumatına görə, əvvəlki buraxılışlarla müqayisədə atmosferə qarşı müqavimət 50% artıb.
Telegram kanalımız