İlon Mask dünyanın ilk trilyonçusu ola bilər

saytların hazırlanması

Evə çatdırılma

İlon Mask dünyanın ilk trilyonçusu ola bilər

Dünya

09 Sentyabr 2024 15:14 381


"Informa Connect Academy" analitik şirkətinin hesabatına görə, dünyanın ən zəngin adamı İlon Maskın sərvəti 2027-ci ilə qədər 1 trilyon dolları keçə bilər.

Yenisabah.az xəbər verir ki, şirkət öz proqnozunu İlon Maskın sərvətinin son illərdə hər il orta hesabla 110% artdığını nəzərə alaraq edir. 

Potensial trilyonçular siyahısına Hindistanın sənaye konqlomeratı "Adani Group"-un sahibi Qautam Adani, Amerika texnologiya şirkəti "Nvidia"-nın baş direktoru Censen Huanq, İndoneziyanın "Barito Pacific" şirkətinin yaradıcısı Prayoqo Pandesta və Bernard Arno daxildir. Sezar pizza

Dünya milyarderlərinin reytinqində İlon Mask 237 milyard dollar sərvəti ilə birinci yerdədir. Onu "Amazon" qurucusu Ceff Bezos (177 milyard dollar), Bernard Arno (158 milyard dollar) və "Microsoft" qurucusu Bill Qeyts (129 milyard dollar) izləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!