İlon Maskın kosmik gəmisinin prototipi partladı

saytların hazırlanması

Evə çatdırılma

İlon Maskın kosmik gəmisinin prototipi partladı

Dünya

21 Noyabr 2019 10:27 951


Məşhur milyarder İlon Maskın SpaceX şirkətinə məxsus olan “Starship Mk1” kosmik gəmisinin ən böyük prototipi partladı.

"Yeni Sabah" NTV-yə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Texas ştatındakı Boka-Çika rayonunda keçirilən sınaq zamanı baş verib. 

Məlumata görə, "SpaceX" şirkəti bu qəzadan sonra “Starship Mk1” kosmik gəmisinin prototipini təmir etmək əvəzinə daha mükəmməl “Mk3” versiyasını hazırlayacaq. pizza hut

Xatırladaq ki, “Mk1” prototipi sentyabrın 29-da Texasda təqdim edilmişdi. “Starship” kosmik gəmiləri Marsa uçuş məqsədilə hazırlanır və onun göyərtəsi 100 nəfər üçün hesablanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!