İlqar Məmmədov hələ də 5 min üzv yığa bilməyib 

saytların hazırlanması

Evə çatdırılma

İlqar Məmmədov hələ də 5 min üzv yığa bilməyib 

Siyasət

23 May 2023 13:31 884


Respublikaçı Alternativ (REAL) Partiyası "Siyasi partiyalar haqqında" qanunda nəzərdə tutulan 5 min üzv sayına hələ də çata bilməyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə partiyanın sədri İlqar Məmmədov məlumat yayıb. 

O deyib ki, partiyaya daxil olan ərizələrin sayı 4 minə yaxındır. "Yaxın 1-2 həftəyə kampaniyanı tamamlayacağıq", - REAL sədri bildirib. Pepperoni pizza

Xatırladaq ki, bu ilin yanvar ayının 14-də Prezident İlham Əliyev "Siyasi partiyalar haqqında" Qanunu təsdiqləyib. 6 fəsil və 30 maddədən ibarət yeni qanunda siyasi partiyanın qeydiyyatı üçün 5 min üzv tələb edilir və bunun üçün onlara 6 ay vaxt verilir. 

Onu da qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən partiyaların 22-si artıq fəaliyyətinə son verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!