İlqar Mikayıloğlu ATV-dən ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

İlqar Mikayıloğlu ATV-dən ayrıldı

Şou

01 Oktyabr 2019 16:36 1352


Bu gün oğlunu hərbi xidmətə yola salan tanınmış teleaparıcı İlqar Mikayıloğlu Azad Azərbaycan Telekanalından (ATV) ayrılıb. 

"Yeni Sabah" xəbər verir ki, bu barədə aparıcının özü Correct.az-saytına məlumat verib. O, bildirib ki, öz ərizəsi ilə işdən ayrılıb:

"Öz ərizəmlə işdən ayrılmışam. Sadəcə olaraq bunu deyə bilərəm ki, öz istəyimlə ayrılmışam". Dördpendirli pizza

Teleaparıcı digər telekanallardan iş təklifinin olub-olmaması ilə bağlı sualı isə cavablandırmaqdan imtina edib.

Xatırladaq ki, İlqar Mikayıloğlu ANS telekanalından ayrılandan sonra 2014-cü il oktyabr ATV telekanalında "Gün üzü" verilişinin aparıcısı, daha sonra isə "Xeyirə qarşı" verilişinin aparıcısı olub.

Qeyd edək ki, İlqar Mikayıloğlu keçmiş deputat Gülər Əhmədovanın qardaşıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!