İmişli kəndlərində qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

İmişli kəndlərində qaz olmayacaq

Sosial

07 Fevral 2025 15:56 146


İmişli rayonunun 9 yaşayış məntəqəsinin qaz təchizatında fasilə olacaq.

Yenisabah.az xəbər verir ki, fevralın 10-da "İmişli 1" ölçü qovşağından qidalanan, diametri 225 mm-lik PE "Bəhrəmtəpə" orta təzyiqli qaz kəməri üzərində Dş 200 mm-lik siyirtmə quraşdırılacaq.

Bu məqsədlə həmin gün saat 10:00-dan etibarən işlər yekunlaşanadək İmişli rayonunun Rəsullu, Məhəmmədli, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Sarxanlı kəndlərində, Yeni Bəhramtəpə qəsəbəsində (16 qeyri-əhali abonenti; ümumilikdə 4 min 400 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!