İmişli və Saatlıda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

İmişli və Saatlıda qaz olmayacaq

Sosial

05 Fevral 2025 13:35 293


Bu gün İmişli və Saatlı rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Birliyin “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərinin 80-ci km-də “Hacıqabul-Horadiz” avtomobil yolu ilə kəsişən hissədə əmələ gəlmiş qaz sızmasının ləğvi ilə bağlı saat 14:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq. pizza mizza

Təmir işləri aparılan müddətdə İmişli rayonunun tam olaraq, Saatlı rayonunun isə Məzrəli kəndinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!