İmişlidə ağır yol nəqliyyat hadisəsi baş verib.
“Yeni Sabah” xəbər verir ki, qəza Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində qeydə alınıb.
Hadisə zamanı “Mercedess” markalı iki maşın toqquşub. Hadisə nəticəsində Bəhrəmtəpə sakinləri olan iki nəfər 1981-ci il təvəllüdlü Quliyev Mübariz İnşallah oğlu və 1986-cı il təvəllüdlü Nağıyev Zaur Təyyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. pizza
Yaralılar İmişli rayon mərkəzi xəstəxanasına gətirilib ilkin tibbi yardım göstərilərək travmatalogiya şöbəsinə yerləşdirilib. Fakt araşdırılır.
Telegram kanalımız