İmişlidə avtomobil piyadanı vurub öldürdü

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə avtomobil piyadanı vurub öldürdü

Hadisə

24 Aprel 2020 21:10 873


İmişlidə avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi bu gün axşam saatlarında İmişlinin Otuziki kəndi ərazisində baş verib.

Murquzalı kənd sakini, 1991-ci il təvəllüdlü Əliyev Şöhrət Ənvər oğlu yolu keçərkən “Reno” markalı avtomobil tərəfindən vurulub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Yaralı saat 21:00 radələrində həyatını itirib. pizza

Faktla bağlı araşdırma aparılır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!