İmişlidə dəhşətli qətl

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə dəhşətli qətl

Kriminal

26 İyul 2019 18:45 1627


İmişli rayonunda qətl hadisəsi törədilib.

Füzuli rayonunun Horadiz şəhərindən olan 1969-cu il təvəllüdlü Verdiyev Polad Ərşad oğlunun iyulun 20-dən itkin düşdüyü barədə polis şöbəsinə məlumat daxil olub.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, itkin düşən P.Verdiyevi yaxın qohumu, əslən Füzuli rayonundan olan İmişli rayonunun Çaxırlı kəndində məskunlaşan 1959-cu il təvəllüdlü İsayev Qərib Bahadur oğlu dəmir parçası ilə vuraraq öldürüb. Daha sonra cəsədi yaxınlıqda yerləşən çınqıl karxanasının yuyulması üçün istifadə olunan su ilə dolu dərin katlovana atıb. pizza

Hazırda FHN-in dalğıcları ərazidə cəsədin sudan çıxarılması istiqamətində axtarışlar aparılır. Qətli törədən şəxs saxlanılıb.

Faktla bağl İmişli Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

APA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!