İmişlidə məcburi köçkünlərin yaşadığı bina yandı

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə məcburi köçkünlərin yaşadığı bina yandı

Hadisə

11 Fevral 2020 18:56 969


İmişli rayonunda yanğın hadisəsi qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə saat 20:00 radələrində Nəcməddin Savalanov küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı 5 mərtəbəli yaşayış binasında baş verib.

Belə ki, həmin binada yaşayan Füzuli sakini Kərimov Arif Eldar oğluna məxsus mənzildə yanğın başlayıb və alov anidən güclənib. Sezar pizza

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin İmişli Yanğından Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və digər mənzillərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmasa da mənzilin 1 otağı yanaraq yararsız hala düşüb. Hazırda yanğının baş vermə səbəbi araşdırılır.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!