İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsinin sakini, 1985-ci il təvəllüdlü Müşfiq Xaləddin oğlu Hüseynovun idarə etdiyi "Ford" markalı yük maşını idarəetmədən çıxaraq əvvəlcə ağaca dəyib, daha sonra isə divara çırpılıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. /Reporthttps://youtu.be/2wO6uTBhMaQ Telegram kanalımız