İmran Qasımov küçəsində piyadalar üçün təhlükə - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

İmran Qasımov küçəsində piyadalar üçün təhlükə - FOTOLAR

Xalqın səsi

19 İyun 2025 12:18 7252


Bakı şəhər sakini Gülbəniz Baxşıyeva "Yeni Sabah"a şikayət məzmunlu mesaj göndərib.

O bildirib ki, yaşadığı Nərimanov rayonu ərazisindəki İmran Qasımov küçəsində avtomobillər səkiləri zəbt edib.

Bundan narahatlığını bildirən G. Baxşıyeva qeyd edib ki, səkilərdə maşınların saxlanılması nəticəsində piyadalar təhlükəsizliklərini riskə ataraq yolun ortası ilə hərəkət etməyə məcbur olurlar. pizza

Şikayətçi vəziyyətin xüsusilə uşaqlar və yaşlılar üçün ciddi təhlükə yaratdığını vurğulayaraq, aidiyyəti qurumlardan bu məsələyə dərhal müdaxilə etmələrini tələb edir.  


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!