İnanılmaz: 41 gün Xəzərdə üzüb, Bakıya çatdılar

saytların hazırlanması

Evə çatdırılma

İnanılmaz: 41 gün Xəzərdə üzüb, Bakıya çatdılar

Sosial

18 Sentyabr 2024 01:35 707


Özümü çox yaxşı hiss edirəm.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri “Qoliat" ekspedisiyasını Xəzər dənizində davam etdirmək qərarına gələn tanınmış səyyah Karl Buşbi Qazaxıstandan Azərbaycana Xəzər dənizini üzərək gəlməsi barədə jurnalistlərə açıqlamasında deyib.

O, səyahətin olduqca çətin keçdiyini bildirib: Dördpendirli pizza

"Xoşbəxtlikdən hər hansısa çətinliklə və ya problemlə qarşılaşmadıq. Bəxtimiz gətirdi ki, hava möhtəşəm idi. Üzməyimizə heç nə mane olmadı".

Gənclər və İdman Nazirliyinin və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi və təşkilatçılığı ilə keçirilən dəniz səyahəti Qazaxıstanın Aktau şəhəri yaxınlığındakı sahildən başlayıb. Hər iki səyyah Azərbaycana çatmaq üçün 41 gün ərzində 288 kilometr məsafə qət edib.

Səyahət zamanı onlarla iki gənc idmançımız - 15 qat respublika çempionları Anastasiya Boborkina və Əbdürrəhman Rüstəmov da birgə üzüblər.

Britaniyalı Karl Buşbi və amerikalı Anjela Maksvel dünyanın dörd tərəfini kəşf etməkdə olan tanınmış iki macəraçıdır. Karl Buşbi bu missiyaya hələ 1998-ci ilin noyabrında 38 min kilometrlik məsafəni qət etməklə başlayıb. Həmkarı Anjela Maksvel son 7 il ərzində 4 qitədə - 14 ölkədə olub, susuz 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!