Yaponiyanın Hokkaydo əyalətində yaşayan Hiromitsu Yamamoto ölən anasının cansız bədənini 4 ay evdə saxlayıb.
Yenisabah.az xəbər verir ki, hadisənin üstü sosial yardım işçisinin yaşlı qadınla əlaqə qura bilmədiyi üçün evi ziyarət etməsi nəticəsində açılıb. Bundan sonra 43 yaşındakı şəxs polis tərəfindən həbs edilib. “Part-time” olaraq çalışdığı öyrənilən Yamamoto həbs edildikdən sonra 70 yaşlarında olan anasının noyabr ayının əvvəlində öldüyünü bildirib. Qadının təbii səbəblərdən öldüyü təsbit edilsə də, Yamamotonun ölümü polisə nə üçün bildirmədiyini müəyyənləşdirmək məqsədilə ətraflı araşdırma başladılıb.
Telegram kanalımız