“Biz Azərbaycanın ABŞ-la modern texnologiyalar sahəsində hələ də aşağı səviyyədə olan ticarətini genişləndirmək istəyirik”.
Yenisabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan ABŞ-ın hərbi təchizatlarına çıxış əldə etmək istəyir. Sezar pizza
“Təəssüf ki, bizim buna çıxışımız yoxdur. Bu, Ermənistanla olan münaqişə ilə bağlı idi. İndi isə konflikt bitib. İndi ABŞ-la müdafiə sahəsində əməkdaşlıq niyə də olmasın?!”, - deyə Prezident əlavə edib. /Oxu.az
Telegram kanalımız