“İndi belə çıxır sabah İrəvanda 90 yaşlı bir Mkrtıç...” 

saytların hazırlanması

Evə çatdırılma

“İndi belə çıxır sabah İrəvanda 90 yaşlı bir Mkrtıç...” 

Siyasət

20 Yanvar 2023 16:28 2929


“İki gün öncə erməni ordusunun 15 əsgəri yanaraq öldü. Düşmən də olsalar gənc insanların belə mənasız və əzablı ölümünə sevinmirəm”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycanın keçmiş Xarici işlər naziri Vilayət Quliyev sosial şəbəkədə yazıb.

O, qeyd edib ki, xüsusi tapşırıqlar üzrə səfir kimi yeganə işi Azərbaycana qarşı biri-birindən mənasız ittihamlar irəli sürməkdən ibarət olan Marukyan adlı bir erməni yenə günahı bizdə görür: Dominos pizza

“Yazır ki, əgər azərbaycanlılar sentyabr döyüşləri zamanı bu hərbi hissənin kazarmasını dağıtmasaydılar və hərbçilər kənd sakinlərinin fərdi evlərində daldalanmağa məcbur qalmasaydılar, fəlakət də baş verməzdi. 

İndi belə çıxır sabah İrəvanda 90 yaşlı bir Mkrtıç cəhənnəmə vasil olanda deyəcəklər ki, əgər azərbaycanlı ekoloqlar talançılığın qarşısını almaq üçün Laçın yolunu bağlamasaydılar, Qarabağda yaşayan xalası qızının ayrılığına dözməyən bu Mkrtıç da ölməyəcəkdi...

Yaxşı ki, Ermənistan İstintaq Komitəsi xüsusi tapşırıqlar üzrə idiotun yalanını çıxararaq bildirib ki, hərbi hissənin yerləşdiyi ərazidə kazarma yerli -dibli olmadığınıdan yanaraq ölən əsgərlər 2022-ci ilin sentyabrından sonra deyil, həmin ilin may ayından fərdi evlərdə yaşamaq məcburiyyətində qalıbmışlar. Ermənistan rəhbərliyinin revanş üçün hazırladığı intiqam ordusunun durumu budur!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!