“İndi bütün gücümüzlə “Qarabağ”la oyuna hazırlaşmalıyıq” - Franko Foda

saytların hazırlanması

Evə çatdırılma

“İndi bütün gücümüzlə “Qarabağ”la oyuna hazırlaşmalıyıq” - Franko Foda

İdman

24 İyul 2022 10:49 867


"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Sürix" İsveçrə çempionatında 2-ci tur oyununa çıxıb.

Yenisabah.az xəbər verir ki, komanda doğma meydanda “Luzern”lə qarşılaşıb. Matç 0:0 hesabı ilə başa çatıb.

"Sürix" 2 turdan sonra 1 xalla hazırda 7-ci pillədə qərarlaşıb. Dördpendirli pizza

Matçdan sonra keçirilən mətbuat konfransında “Sürix”in baş məşqçisi Franko Foda komandasının xüsusən ilk yarım saatdakı oyunundan razı qaldığını deyib: “Biz bu mövsüm ilk xalımızı qazandıq və qol buraxmadıq. Komandamızın yekunda qalib gəlmək üçün fiziki gücü çatmadı. İndi toparlanmalı və bütün gücümüzlə “Qarabağ”la oyuna hazırlaşmalıyıq”.

Xatırladaq ki, “Qarabağ” Bakıdakı ilk görüşdə “Sürix”ə 3:2 hesabı ilə qalib gəlib. Cavab matçı iyulun 27-si İsveçrədə olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!