“İndi Ermənistan 90-cı illərin Azərbaycanını xatırladır” - REAL sədri

saytların hazırlanması

Evə çatdırılma

“İndi Ermənistan 90-cı illərin Azərbaycanını xatırladır” - REAL sədri

Siyasət

24 Noyabr 2020 14:14 994


“Hazırda ermənilər 1980-90-cı illərdə azərbaycanlıların elədiyi bütün səhvləri bir-bir təkrarlayır. Bu səhvlər içində "filan rayon satıldı" kimi ittihamlar aparıcı yer tutur. Tam bizdəki kimi... Hamı satqın axtarır”.

Yenisabah.az xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib. 

“O vaxt bizdə əksər insanlar anlamaq istəmirdi ki, ermənilərin irəliləməsi onların həmin anda olan daha böyük siyasi təcrübəsi ilə bağlı idi. İndi də ermənilər həzm edə bilmir ki, Azərbaycan illər ərzində siyasi təcrübə və hərbi-texnoloji baxımdan üstünlük əldə edib, geosiyasi məqamı tutub, yüksək əqli motivasiyaya sahiblənərək qələbə qazanıb". pizza sifarişi

Partiya sədri deyib ki, bu üstünlüyü itirmək asandır:

"Güney Qafqazın üç ölkəsi dərin iqtisadi inteqrasiya qurmayınca və onlar arasında siyasi münasibətlər dərin iqtisadi kök üzərində yetişməyincə öldürücü yarış təəssüf ki, davam edəcək. Siyasi rəqiblərinə qarşı xalq içində şübhə qızışdıranların ənənəsinə təslim olduğumuz anda yenə məğlub tərəfə çevrilə bilərik”,-deyə İlqar Məmmədov əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!