İndi ölkənin ən gənc generalı odur

saytların hazırlanması

Evə çatdırılma

İndi ölkənin ən gənc generalı odur

Siyasət

29 Yanvar 2026 21:38 743


Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən əməkdaşı Fuad Elxan oğlu Məmmədov hazırda ölkənin ən gənc generalıdır.

"Yeni Sabah" xəbər verir ki, Fuad Elxan oğlu Məmmədov (34 yaş) – uzun illər gömrük orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Marqarita pizza

Ondan əvvəl isə ən gənc generallar Babək Ələkbərovla Fərid Əliyev idi. Hər ikisinin hazırda 39 yaşı var.  

Qeyd edək ki, Fərid Əliyevlə Babək Ələkbərova 36 yaşında general rütbəsi verilmişdi./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!