İnflyasiyanın qarşısını almağın üç yolu var –   İqtisadçı açıqlayır

saytların hazırlanması

Evə çatdırılma

İnflyasiyanın qarşısını almağın üç yolu var – İqtisadçı açıqlayır

İqtisadiyyat

12 Mart 2020 14:53 824


Ötən il Mərkəzi Bank 2020-ci ildə inflyasiyanın 4±2% dəhlizində (2-6%) saxlanılacağını prqnozlaşdırmışdı.

Hazırda neftin qiymətinin düşməsi və koronavirusla əlaqədar ölkə iqtisadiyyatında gərginlik müşahidə edilir. Bəs inflyasiyanın hədəflənən səviyyədə saxlanılması üçün hansı tədbirlər görülür?

Bununla bağlı “Yeni Sabah”a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bunları deyib: “Hazırda inflyasiya 2 əsas istiqamətdən təzyiq altındadır. Birincisi, xarici ölkələrlə xarici ticarət əlaqələrinin koronavirus fonunda zəifləməsi və ölkədə təklifin azalması fonunda qiymətlərin artımı, ikincisi isə bu gün neftin ucuzlaşmasının orta müddətli dövrdə manatın məzənnəsində dəyişikliyə gətirib çıxarmasıdır. Bu iki istiqamətin qarşısını almaq üçün 3 alətdən istifadə etmək olar. Bunlardan birincisi gömrük rüsumlarının tənzimlənməsi yolu ilə çatışmazlıq hiss olunan tələb-təklifdə, qıtlıq hiss olunan məhsulların növləri üzrə rüsumların aradan qaldırılması və ya azaldılması yolu ilə prosesə təsir etməkdir. İkincisi faktiki olaraq, bazarda pul kütləsini tənzimləməklə müəyyən qədər istehlak meylliyini zəiflətmək və beləliklə də tələb istiqamətində inflyasiya səviyyəsinə təsir göstərməkdir. Üçüncüsü isə vergi siyasətidir ki, vergi həm yerli istehsalın, eyni zamanda sahibkarlıq subyektlərinin fəaliyyətinin fiskal yükünün azaltmaqla, son nəticədə qiymətlərin müəyyən qədər daha stabil formada dinamika nümayiş etdirməsinə nail olmaq imkanı yaradır. Düşünürəm ki, hökumət bu addımlardan müəyyən səviyyədə istifadə etməyə çalışacaqdır. Amma əgər devalyasiya olarsa, bu idxal inflyasiyası üçün birbaşa şərait yaradır. Beləliklə də faktiki olaraq, idxal inflyasiyasını hansısa formada nəticələrinin aradan qalxması qeyd edilən alətlərdən istifadə etsək belə mümkün olmaya bilər”.  Dominos pizza

Sabrina Eldarqızı

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!