İnformatika müəllimi qalib olub

saytların hazırlanması

Evə çatdırılma

İnformatika müəllimi qalib olub

Sosial

03 Aprel 2019 18:05 912


Bakı şəhəri 10 nömrəli tam orta məktəbin informatika müəllimi Bulul Nəsirova #PolyChallenge-in Azərbaycandakı 2-ci müsabiqəsinin qalibi olub.

“Yeni Sabah” xəbər verir ki, Təhsil Nazirliyinin dəstəyi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən #PolyChallenge-in Azərbaycandakı 2-ci müsabiqəsinin qalibi B.Nəsirova hədiyyə ilə təltif olunub.

Qeyd edək ki, aprelin 1-dən #PolyChallenge-in 3-cü müsabiqəsinə start verilib. Müsabiqədə iştirak etmək istəyən müəllim və şagirdlər müsabiqənin rəsmi saytından (www.polychallenge.org/azerbaijan-prize-az) ətraflı məlumat əldə edə bilərlər.  pizza mizza

Onu da qeyd edək ki, müsabiqə aprelin 15-nə qədər davam edəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!