İngilis klubları tənəzzül edir – Federasiya işə qarışdı

saytların hazırlanması

Evə çatdırılma

İngilis klubları tənəzzül edir – Federasiya işə qarışdı

İdman

14 Aprel 2025 12:13 286


İngiltərə Premiyer Liqasında mövsümün yekunlaşmasına 6 tur qalmış, “Liverpul” ən yaxın rəqibi “Arsenal”la xal fərqini 13-ə çıxarıb. Bir çox futbol azarkeşlərinə görə bu mövsüm son illərin ən maraqsız liqa periodudur.

Yenisabah.az xəbər verir ki, “Mançester Siti”, “Arsenal” və “Çelsi”nin çempionluq mübarizəsində kənarda qalması, “Mançester Yunayted” və “Tottenhem”in isə liqada qalmaq uğrunda mübarizə aparması İngiltərə futbol federasiyasını yeni qərarlar almağa sövq edib. Federasiya gələn mövsüm yayın gəlirlərinin azalmaması üçün rəqabəti artımağa istiqamətlənən bir sıra tədbirlər görəcək.

İlkin mərhələdə yeni stadionun inşasında “Mançester Yunayted”ə maliyyə yardımı edəcək federasiya, “Tottenhem” və “Çelsi” kimi klublarına bəzi hüquqi güzəştlər də tətbiq edə bilər. Bu ilin sürpriz komandaları olan “Aston Villa”, “Nyukasl” və “Nottingem Forrest”lə bağlı da müxtəlif imtiyazlar nəzərdə tutulur. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!