İngiltərə Premiyer Liqası ilə vidalaşan 2-ci komandanın da adına aydınlıq gəlib. Evində “Liverpul”a 1-0 hesabı ilə uduzan “Lester Siti” Çempionşipə düşüb.
Yenisabah.az xəbər verir ki, 33 turda cəmi 18 xal toplayan “Lester Siti” bu mövsüm olduqca bərbad performans göstərirdi. Premiyer Liqanı tərk etməsi dəqiqləşən digər komanda isə “Southempton”dur.
Qeyd edək ki, “Lester Siti” 2015-2016-ci il mövsümündə sürpiz şəkildə İngiltərə Premiyer Liqası çempionu olmuşdu. “Tülkülər” həmin mövsüm “Çelsi”, “Mançester Yunayted”, “Liverpul”, “Mançester Siti” və “Arsenal” kimi nəhəngləri geridə qoymağı bacarmışdı. Dördpendirli pizza
Telegram kanalımız