İngiltərə F-35 təyyarəsinə görə ABŞ-dan kömək istədi

saytların hazırlanması

Evə çatdırılma

İngiltərə F-35 təyyarəsinə görə ABŞ-dan kömək istədi

Dünya

19 Noyabr 2021 00:15 1083


İngilis ordusu Aralıq dənizində qəzaya uğrayan F-35 hərbi təyyarəsinin dənizdən çıxarılması üçün ABŞ-dan kömək istəyib.

Yenisabah.az "Heber Global"a istinadən xəbər verir ki, bu barədə "Nyu-York Tayms" qəzetində məlumat dərc olunub.

Məlumata görə, İngiltərə Müdafiə Nazirliyinin bir rəsmisi bildirib ki, bir neçə ölkə təyyarəni bu dərinlikdən çıxarda bilər və bununla bağlı Amerikadan kömək istənilib. pizza

Qeyd olunub ki, hazırda ABŞ heyəti və lazımi avadanlıqlar İspaniyadadır. İngilislər təyyarənin dənizin altındakı tam yerini hələki tapa bilməyiblər.

Təyyarənin qəzaya uğradığı yerdən uzaqlaşma ehtimalının olduğu da nəzərə alınıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!