“İnsanlar düşünür ki, harınlığı ancaq vəzifəli şəxslər edə bilər”

saytların hazırlanması

Evə çatdırılma

“İnsanlar düşünür ki, harınlığı ancaq vəzifəli şəxslər edə bilər”

Siyasət

27 Aprel 2022 11:16 863


“Maddiyyat insani keyfiyyət göstəricisi deyil”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında əməkdar incəsənət xadim, şair Baba Vəziroğlu deyib.

Xatırladaq ki, ötən gün “Lexus” minik avtomobilinin sahibi Sultan Dadaşov Bakıda ona yol verməyən moped sürücüsünü əvvəl təhqir edib, sonra isə döyüb. Bu görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Nəticədə cəmiyyətdə sosial bərabərsizlik problemi yenidən aktuallaşıb. pizza hut

Baba Vəziroğlunun sözlərinə görə, tərbiyyəsizlik insanın kasıb və ya varlı olmasına baxmır:

“Hadisə ilə yaxından tanış oldum. Deputat Fazil Mustafanın rəyi çox xoşuma gəldi. Çünki o əsas prinsip olaraq dedi ki, harınlığın sosial statusa aidiyyatı yoxdur. Həqiqətən də belədir. Tərbiyəsiz insan kasıb da ola bilər, varlı da. Madiyyat insani keyfiyyət göstərici deyil. Həmin şəxsin sosial statusu olmaya da bilərdi. Sırf vəzifəli olması insanları daha da qıcıqlandırdı”.

B.Vəziroğlu qeyd edib ki, insanlar harınlığın ancaq vəzifəli şəxslərə mənsub olduğunu düşünür, lakin bu belə deyil:

“İnsanlar düşünür ki, belə harınlığı, tərbiyəsizliyi ancaq vəzifəli şəxslər edə bilər. Halbuki, o qədər araba sürənlər var elə tərbiyəsizliklər edir ki, görəndə insan dəhşətə gəlir. Az qala arabasını insanların üzərinə sürür. Bu, heç də maddi imkanla ölçülən məsələ deyil”.

Baba Vəziroğlu bu hərəkətin ağsaqqala yaraşmadığını bildirib:

“Hadisə ört-basdır olunmayıb. Qanun nə tələb edirsə, ona əməl edildi. Ağsaqqal kişi nəvəsi yaşında birinə qarşı bu hərəkəti edib. Nəvəsi kimi davranıb, izah edə bilərdi. Bağışlayardı, müdriklik göstərərdi. Əgər uşağın səhvi vardısa. 

Bu hərəkət nə vəzifə sahibinə, nə imkanlı şəxsə, nə də ağsaqqla yaraşır. Heç cür yaraşdırmadım. Səhv edən cəzasını almalıdır. Heç kim öz xidmətlərinə görə, məsuliyyətdən yaxa qurtara bilməz”.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!