“İnsanlar hər şeyə mız qoymağa vərdiş ediblər” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“İnsanlar hər şeyə mız qoymağa vərdiş ediblər” - Deputat

Sosial

09 Aprel 2019 13:56 676


Azərbaycanda 10 milyonuncu vətəndaşımızın doğulmasının xüsusi qeyd olunmasını bəziləri tənqidlə qarşılayıb. Sosial şəbəkələrdə hökuməti qınadılar ki, atəşfəşanlığa, Bakının hər yerində konsertlərin təşkilinə ehtiyac yoxuydu. Tənqidçilərin sözlərinə görə, qeyri-adi hadisə baş verməyib və bayram edilməsi yersiz idi.

Bəzi müşahidəçilər isə bunu təbliğat siyasəti kimi qiymətləndirirlər. Onların fikrincə, Ermənistan auditoriyasına hesablanmış bu tədbirlərlə azərbaycanlıların sayının 10 milyona çatması mesajı verilmişdi.

Ağdamdan deputat Bəxtiyar Sadıqov bildirib ki, dövlət tərəfindən həmin ailəyə dəstək veriləcək. Onun sözlərinə görə, 10 milyonuncu vətəndaşımızın dünyaya gəlməsi şad xəbər oldu: pizza

“Həm də xoş haldır ki, məcburi köçkün övladıdır. Nə qədər çətinlik olsa da, dövlət köçkünləri işlə, evlə təmin edir, onlar ailə qururlar, gələcək üçün addım atırlar.  İkincisi, müharibə vəziyyətində əhali artımı inkişafın göstəricisidir. Gənclər ailə qurur, deməli, işləyir, qazancları var. Bütün bunların hər birində dövlətin dəstəyi var. Prezident və xanımı da bu xəbəri sevinclə qarşıladılar, təbrik elədilər. Çünki demoqrafiya sahəsində inkişafdır. Bu nəticənin arxasında sosial rifahın yüksəlməsi dayanır”.

B.Sadıqov qeyd etdi ki, Ermənistan əhalisi azalır, ölkədən qaçır: “Rüşvət verib ölkədən qaçırlar ki, orduya getməsinlər. Bu halda ailə də qura bilmirlər. Deməli, həm mexaniki şəkildə azalırlar,  həm də təbii artım azalır. 

O ki qaldı kimlərinsə 10 milyonuncu uşağa görə bayram, konsert keçirilməsini tənqid etməyinə, hər hadisəyə müxtəlif aspektdən yanaşmaq olar. Amma insanlar hər şeyə ağız büzməyə, mız qoymağa vərdiş ediblər. Baxın, Avropa qocalır, təbii artım zəifdir. Azərbaycan isə müharibəyə, köçkünlüyə baxmayaraq indi qəddini düzəldir. Ona görə 10 milyonuncu sakin xalqın sevincidir, bayram da, atəşfəşanlıq da etməliyik. Sadəcə, ağda ləkə axtaranlar olur".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!