Doqquz nəfəri aldadıb 58 min manatlarını ələ keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Doqquz nəfəri aldadıb 58 min manatlarını ələ keçirdi

Hadisə

31 Oktyabr 2025 09:27 225


Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Aparılan araşdırmalarla əvvəllər də məhkum olunmuş 32 yaşlı Tural Bağırovun müxtəlif şəxslərə paytaxtdan münasib qiymətə avtomobil gətirəcəyini vəd edərək onların etimadını qazandığı və bu yolla ümumilikdə 9 nəfəri aldadaraq 58500 manat məbləğində pul vəsaitini ələ keçirdiyi müəyyən olunub Dördpendirli pizza

Faktla bağlı Naxçıvan ŞPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!