“İnsanların çoxu koronavirusu arxa plana atıb” -  Adil Qeybulla

saytların hazırlanması

Evə çatdırılma

“İnsanların çoxu koronavirusu arxa plana atıb” - Adil Qeybulla

Sağlamlıq

14 Oktyabr 2020 15:31 833


“İnsanlar başa düşməlidir ki, məsuliyyətsizlik digər insanların həyatını təhlükəyə atır. Televiziyalarda maarifləndirmə aparılmalıdır. Psixoloqlar, mütəxəssislər də efirlərə çıxsın, insanlara izah eləsinlər. Artıq insanların çoxu koronavirusu arxa plana atıb”.

Yenisabah.az xəbər verir ki, bunu tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, yoluxanların sayının artmasının səbəbi insanların qaydalara əməl etməyi qulaqardına vurmasıdır: "Avtobuslarda, qapalı məkanlarda, məktəblərdə vəziyyəti görürürsüz? Sanki koronavirus bitib, qurtarıb. Halbuki dünya ölkələrində hələ də ciddi əməl olunur. Məsələn, Berlin qapalı şəhər elan olunub. Sərt karantin rejimi həyata keçirililir. Bu gün yoluxmaların artmasının bir səbəbi də əhalinin vətəndaş məsuliyyəti nümayiş etdirməməsidir. İndiyə kimi inanmayanlar yoluxmaların artmasında xüsusi rol oynayıb". Marqarita pizza

Professor bildirib ki, müvafiq qurumlar karantin qaydalarına riayət olunmasına ciddi nəzarət etməlidir: "Avtobuslarda qayda-qanun yaratmırlar. Soruşmurlar ki, ay sürücü, sənin niyə ağzın-burnun açıqdır? Ay sərnişin, maskan hanı? Bunların hamısına ciddi nəzarət olunmalı, cərimələr olmalıdır".

"Hazırda ordumuz düşmən tapdağında olan torpaqlarımızı terrorçulardan təmizləməklə məşğuldur. Hətta cəbhədə belə karantin davranış qaydalarına, əsgərlərin istirahət etdiyi, yatdığı yerlərdə də qaydalara əməl edilməlidir. İnsanların məsuliyyəti daha da artmalıdır. Ancaq qaydalara əməl etmək, maska taxmaq, məsafəni qorumaq, dezinfeksiyaedici məhlullardan istifadə edilməlidir", - A.Qeybulla qeyd edib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!