“İnsanların əlində minlərlə özəlləşdirmə çeki qalıb”.
Yenisabah.az xəbər verir ki, bu sözləri, deputat Tahir Kərimli özünün facebook hesabında yazıb. O, “İnvestisiya haqqında” qanun layihəsinin hazırlanmasını, özəlləşdirmə ilə bağlı məsələlərin müzakirələrini, qiymətli kağızların, vauçerlərin yenidən dövriyyəyə buraxılmasının aktuallaşdırdığını bildirib.
“Bəzi müəssisələrin özəlləşdirilməyə çıxarılacağı ilə bağlı rəsmi açıqlamalara istinad edən vətəndaş əllərində qalmış özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılmasını, yeni şərtlərlə qanunverici bazanın yaradılmasını tələb edirlər. Bu gün əlində çeki qalan kifayət qədər insan var. Ziyalıların yekdil fikri bundan ibarətdir ki, özəlləşdirmə çeklərinin tədavül müddəti yenidən artırılmalı və zərər görmüş vətəndaşlara kompensasiya ödənilməlidir”. Sezar pizza
Millət vəkili, Vəhdət Partiyasının sədri, Ali Məhkəmənin keçmiş rəhbəri Tahir Kərimli hesab edir ki, mülkiyyət hüquqları pozulmuş insanların haqqı bərpa olunmalıdır. Deputatın sözlərinə görə, vətəndaşların dövlətdən narazı qalmasına imkan vermək olmaz:
“Problem odur ki, Azərbaycan özəlləşmə prosesini çox sürətlə həyata keçirildi. Təsəvvür edin, Böyük Britaniyada 200 il ərzində başladılan özəlləşdirmənin hələ 85 faizi icra olunub. Milli Məclisin iclasında Qarabağda həyata keçiriləcək özəlləşdirmə prosesi ilə bağlı çıxış edərkən bu məsələni gündəmə gətirdim. Qeyd etdim ki, keçmişdə aparılan özəlləşmədən dərs almalı, nəticə çıxartmalıyıq. Qüsurları yenidən təkrar etməməliyik. Minlərlə insanın mülkiyyət hüququ pozulub. Çünki 2011-ci ildə özəlləşdirmə çeklərinin müddəti başa çatıb və çeklərin dəyəri sıfırlanıb”.
Parlament üzvü bildirib ki, çeklər əvəzi ödənilmədən dəyərdən düşmüş sayılıb:
“Bəzi insanlarımız ya dolanışığa görə çeklərini satıblar, ya da imkan edib dövriyyəyə buraxa bilməyiblər. Bununla bağlı bizə də çoxsaylı müraciətlər daxil olur. Axı bu insanların günahı nədir? Niyə dövlətdən narazı qalmalıdırlar? Həm Konstitusiyamıza, həm beynəlxalq hüquqa görə vətəndaşın vəziyyətini yaxşılaşdıran hallar keçmişə şamil olunur. Elə qanun qəbul etməliyik ki, vauçer sahibləri özəlləşmədən faydalana bilsinlər. Problemin müsbət həllinin tərəfdarıyam. Dövlətimizin buna imkanı çatır. Xüsusi qərarla, Neft Fondundan maliyyə ayırmaqla həmin vətəndaşlarımızın pozulmuş haqqı təmin oluna bilər”.
Cavad Salmanlı
Telegram kanalımız