“İnstagram”da yenə problem yarandı

saytların hazırlanması

Evə çatdırılma

“İnstagram”da yenə problem yarandı

Rəqəmsal

12 Oktyabr 2021 00:33 1667


Dünyanın bir sıra ölkələrində instaqram sosial şəbəkəsinin istifadəçiləri xidmətin işində nasazlıqlardan şikayət edirlər.

Yenisabah.az xəbər verir ki, bu barədə məşhur internet-resursların fəaliyyətini izləyən “Downdetector” saytı məlumat yayıb.

Qeyd edilir ki, sosial şəbəkənin işində nasazlıq Bakı vaxtı ilə təxminən saat 23:05-də olub. Problemlər barədə əsasən ABŞ, Niderland, Almaniya, Fransa, İspaniya, Böyük Britaniya, Kanada, Rusiya və digər ölkələrdən olan istifadəçilər bildiriblər. Pepperoni pizza

Məlumata görə, istifadəçilərin əksəriyyəti serverə qoşulma zamanı proqramın fəaliyyətindən, eləcə də xəbər lentinin təsvirindən və vebsaytın işindən şikayət ediblər.

Xatırladaq ki, bu, sosial şəbəkədə son günlər qeydə alınan növbəti nasazlıqdır. Oktyabrın 8-də və 9-da da instaqram istifadəçiləri sosial şəbəkədə yaranan nazaslıqlardan şikayət ediblər./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!