Milan "İnter"i iyunun 22-də Henrix Mxitaryanı rəsmən təqdim edəcək.
Yenisabah.az “Football Italia”a istinadla xəbər verir ki, Mxitaryanın maaşı bonuslarla birlikdə təxminən 4,2 milyon avro olacaq. Onun "İnter"lə müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub.
Xatırladaq ki, daha əvvəl “İnter”in icraçı direktoru Cüzeppe Marotta yayılan xəbərləri təsdiqləyib: pizza
“Andre Onana və Henrix Mxitaryanı pulsuz aldığımızı təsdiq edirəm. Onlarla müqavilələr imzalanıb”.
Qeyd edək ki, Mxitaryan 2019-cu ildən İtaliya A Seriyasında çıxış edir. Erməni yarımmüdafiəçi paytaxt təmsiliçisi "Roma"nın heyətində Konfrans Liqasının ilk turnirinin qalibi olub.
Telegram kanalımız