“International” BOKT ASC-nin yarım milyon manata yaxın -   VERGİ BORCU YARANIB

saytların hazırlanması

Evə çatdırılma

“International” BOKT ASC-nin yarım milyon manata yaxın - VERGİ BORCU YARANIB

İqtisadiyyat

08 İyul 2025 12:37 430


Bank Olmayan Kredit Təşkilatı (BOKT) “İnternational” ASC-nin yarım milyon manata yaxın vergi borcu üzə çıxıb.

Yenisabah.az xəbər verir ki, bu barədə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, mikromaliyyə təşkilatının yığılmış vergi borcu 7 iyul 2025-ci il tarixinə 477 min 96,8 manat təşkil edib. Bu ilin aprel ayının 23-də isə BOKT-nin vergi borcu 477 min 703 manata bərabər olub.

Qeyd edək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulur. pizza sifarişi

Xatırladaq ki, BOKT “İnternational” 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 milyon manat, qanuni təmsilçisi isə Nicat Vaqif oğlu Həsənovdur. BOKT-nin səhmlərinin 100%-i isə onun qardaşı Rifat Həsənova aiddir. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!