Türkiyənin Sakarya şəhərinin sakini internetdən saat və eynək sifariş verib.
“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, Mehmet Ecevit adlı şəxs gələn sifariş qutusunu açdıqda şok yaşayıb. Belə ki, qutudan onun sifariş etdiyi saat və eynək əvəzinə kartof və qum çıxıb.
Aldadılan sifarişçi daha sonra şirkətə zəng vursa da, telefonlara zəng çatmayıb. Şəkilləri paylaşan Ecevit hər kəsə bu məsələdə diqqətli olmağı məsləhət görüb.
pizza sifarişi
Telegram kanalımız