İnterpolun axtardığı azərbaycanlı Monteneqroda SAXLANILDI

saytların hazırlanması

Evə çatdırılma

İnterpolun axtardığı azərbaycanlı Monteneqroda SAXLANILDI

Kriminal

24 May 2025 14:31 443


Monteneqronun sərhəd polisi Podqoritsa Beynəlxalq Hava Limanında Rusiyanın sorğusu əsasında İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Polis Departamentinə istinadən RTCG dövlət televiziyası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 35 yaşlı Azərbaycan vətəndaşı barəsində İnterpolun Moskva üzrə Milli Mərkəzi Bürosu Stavropol diyarının Pyatiqorsk şəhər məhkəməsində ona qarşı aparılan cinayət işində iştirakını təmin etmək üçün beynəlxalq order verib. Sezar pizza

Külli miqdarda dələduzluq əməli törətməkdə şübhəli bilinən şəxsi 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Monteneqro tərəfinin bildirdiyinə görə, saxlanılan şəxsin ekstradisiya haqqında qərarı Podqoritsa Ali Məhkəməsi verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!