İntihar edən 3 nəfər ölümün əlindən alındı

saytların hazırlanması

Evə çatdırılma

İntihar edən 3 nəfər ölümün əlindən alındı

Kriminal

10 Avqust 2019 07:43 1188


Azərbaycaanda son 24 saatda 5 nəfər intihara cəhd edib.

“Yeni Sabah” xəbər agentliklərinin yaydığı məlumatlara istinadən bildirir ki, intihara cəhd edənlərin 2-i istəyinə nail ola bilib. 3 nəfərin isə yaxınları tez xəbər tutaraq onların həyatınnı xilas edə biliblər.

Nərimanov rayon 1997-ci il təvəllüdlü Əkbərov Nihat Rafiq oğlu özünü hündürmərtəbəli binadan ataraq, intihara cəhd edib. Ağır bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.  pizza sifarişi

Ağdaş rayonunda 13 yaşlı qız intihara cəhd edib. 2006-cı il təvəllüdlü Yunusova Minəsultan Sadiq qızı yaşadığı evin həyətində özünü asıb. Lakin yaxınları onu dərhal xilas edərək, əvvəlcə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bakıya çatdırıblar.

Bakıda 28 yaşlı Ağaməmmədov Pünhan Malik oğlu öz yaşadığı ünvanda damarlarını doğrayıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Digər 2 nəfərin isə intihar addımları faciə ilə başa çatıb. 

Şabranda 31 yaşlı Səbuhi İsmixanov bir ay öncə mal-qarası üçün tikdiyi tövlədə özünü asıb. S.İsmixanov ailələidir, iki övladı var.

Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Əhmədli Qüvvət Taqət oğlu həyətdəki yarımtikilidə özünü asaraq intihar edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!