İntihara cəhd edən şagirdlə bağlı yeni xəbər

saytların hazırlanması

Evə çatdırılma

İntihara cəhd edən şagirdlə bağlı yeni xəbər

Kriminal

05 Aprel 2019 19:51 783


Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən atan şagirdin intihara cəhd etməzdən əvvəl içdiyi dərmanla bağlı analiz aparılıb.

Hadisədən dərhal sonra Y.Hacıyeva əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə aparılıb və ondan analiz götürülüb. Analizin nəticəsi bu gün məlum olub.

Səhiyyə Nazirliyindən cavab olaraq bildirilib ki, analizlərin nəticəsinə görə o, allergiyaya qarşı olan dərman atıb və həmin dərmanın psixotrop tərkibi olmayıb. Mərkəzin həkimi hadisənin dərmana aidiyyəti olmadığını deyib.  Pepperoni pizza

Qeyd olunub ki, Y.Hacıyeva xəstəxanaya çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağciyərin və yumşaq toxumaların əzilməsi diaqnozu ilə daxil olub: "Yaralıya lazımi tibbi yardım göstərilib, vəziyyəti yaxşıya doğru gedir və həyati təhlükəsi yoxdur”.

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!