İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay ölkədə baş verən intiharlarla bağlı ölkənin baş prokuroru Zakir Qaralova müraciət edib.
“Yeni Sabah” xəbər verir ki, bu haqda yazdığı müraciətdə o bildirib ki, tәk bir gündә, aprelin 15-də ölkədə 8 intihar və 3 intihara cəhd hadisəsi baş verirsə, bu artıq, xalq içində bir kütləvi intihar tendensiyadıdır: “Ona görə xahiş edərdik ki, bu narahatçılıq doğuran təhlükəli hala təcili, xüsusi diqqətlə yanaşılsın.
Yerli aidiyyətli prokurorluqlar hər bir belə ölüm faktını araşdırarkən, onun yaranma səbəblərini kökündən müəyyən edib ortaya çıxarmalıdır ki, son zamanlar insanlara infeksiya kimi yayılmış dəhşətli halın qarşısı alınsın. Biabırçılıqdır bu”. Dördpendirli pizza
İ. Altay qeyd edib ki, bu intiharların çox yəqin ki, əksər səbəbi kənar təsirlərin hesabına intihar həddinə çatdırmadır: “Çünki ola bilməz bu qədər insanda özünəqəsd həddində psixi pozğunluq olsun. İnsanları belə bir həddə çatdırma isə məişət münasibətindən başqa, vətəndaş-məmur münasibətlərindən də yaranır. Statistikaya baxın ki, bu neçə illərdə öz həyatına qəsd həddinə çatdırılma əməlinə görə qaldırılmış cinayət işlərində bir nəfər məmurun ad-günahı keçirmi? Necə ola bilər, biz bu qədər çox kütləvi məmur haqsızlığı, özbaşınalığından danışırıq və insanlara belə say-hesabsız təzyiq, təhdid mühitindəki intiharlarda bir nəfər məmur günahı müəyyən edilməsin?
Demək intiharların araşdırılmasını aparan prokurororluq orqanları bir qayda olaraq məmurlar, vəzifəlilərin tərəfini tuturlar. Amma düzgün, obyektiv araşdırsaq bu gün insanlarımızın böyük əksəriyyəti idarəçilik, məmur haqsızlıq-özbaşınalığı və azgınlığından çox böyük mənəvi-psixoloji əziyyət görür, ruhi-emosional sarsıntı alırlar. Hətta, öz həyatından bezmə, yaşamağa, ölkə, hər şeyə nifrət qədər!
Mən çox da ictimai ağrılı dərinə getmək istəmirəm. Amma, cənab Baş Prokuror bu, bir gündə 15 aprel 2019-cu ildə baş vermiş 11 intihar faktın xüsusi nəzarətə götürüb onun səbəblərinin obyektiv yoxlanması ilə bağlı göstəriş verərsə bu vacib addım olardı. Belə olmaz”.
Telegram kanalımız