Amerikanın “Apple” şirkətinin sentyabrda təqdim edəcəyi “iPhone 14” smartfonu haqqında internetə yeni məlumatlar sızıb.
Yenisabah.az “Daily Mail”ə istinadla xəbər verir ki, “Apple” məhsulları barədə bilgiləri internetə sızdıran “DuanRui” adlı istifadəçi “Twitter” mikrobloqunda yeniliyin parlaq bənövşəyi rəngdə təqdim ediləcəyini bildirib.
Smartfonun daha böyük kamera ilə təchiz olunacağı bildirilib. Marqarita pizza
Qeyd edək ki, “Apple” sentyabrın 7-də Kaliforniyadakı baş qərargahında bir tədbir keçirəcəyini açıqlayıb.
“Forbes” xəbər verir ki, “iPhone 14” seriyası üçün ilkin sifarişlər sentyabrın 9-da başlayacaq. Mavi və bənövşəyi “iPhone 14 Pro/Pro Max”in ilk olaraq satılacağı proqnozlaşdırılır.
Nəşr əlavə edib ki, “iPhone 14”ün birbaşa peyk rabitəsi təklif edəcəyi ilə bağlı şayiələr də var. Bu, istifadəçilərə mobil rabitənin olmadığı ərazilərdə təcili yardım xidmətlərinə zəng etmək imkanı verəcək.
Smartfonun qiymətlərinə gəlincə, qiymətlərin “iPhone 14 Pro” üçün 1,148 dollara (1,951 AZN), “iPhone 14 Pro Max” üçün isə 1,263 (2,147 AZN) dollara qədər qalxacağı güman edilir.
Telegram kanalımız