İpoteka krediti götürmək istəyənlərin NƏZƏRİNƏ!

saytların hazırlanması

Evə çatdırılma

İpoteka krediti götürmək istəyənlərin NƏZƏRİNƏ!

Sosial

04 Fevral 2025 11:39 366


Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2025-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

“Yeni Sabah”ın məlumatına görə, vətəndaşlardan müraciətlərin qəbuluna aşağıdakı tarixlərdən başlanılacaq.

ADİ ipoteka kreditləri üzrə: Dördpendirli pizza

06.02.2025-ci il tarixində saat 10:00-dan.

GÜZƏŞTLİ ipoteka kreditləri üzrə:

07.02.2025-ci il tarixində saat 10:00-dan etibarən.

Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət “sistemi (www.e-gov.az) üzərindən SİMA Token (Elektron İmza) və ya Asan İmza vasitəsilə həyata keçiriləcəkdir.

Qeyd: Elektron sistemdə aparılmış təhlükəsizlik tədbirləri ilə əlaqədar elektron müraciətlərin kompüterlər (PC) və ya notebook vasitəsilə (touchscreen funksionallığından istifadə edilməməklə) həyata keçirilməsi tələb olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!