Uzun müddətdir Türkiyədə yaşayan müğənni İradə İbrahimova yeni paylaşımı ilə gündəmə gəlib.
Yenisabah.az xəbər verir ki, ifaçı sosial media hesabında görüntülərini paylaşaraq, hər zaman az olana qane olduğunu bildirib:
"Bu həyatda hər zaman az və öz olmaq həyat fəlsəfəm oldu. Bura hər şey daxildir. Yemək-içmək, yuxu, əşya, geyim, insan, söz-söhbət, hər şey. Getdikcə azaltdığım hər şeyin çoxaltdıqlarını sevdim. Hüzuru, iç hüzurumu… Səni heç nəyə dəyişmərəm. Kiçik yaşlarımda adına “təbiətim belədir” dediyim hər şeyə böyüyəndə “Allahın məni qoruma şəklidir” dedim. Çoxluq olan yerdə xoş niyyət də, səmimiyyət də olmur. Hamıya içindəki yaxşılıq qədər yaxşı həyat diləyirəm". Pepperoni pizza
Aydan Hacı
Telegram kanalımız