Keçmiş rektora yüksək vəzifə verildi -   NAZİRDƏN TƏYİNAT

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş rektora yüksək vəzifə verildi - NAZİRDƏN TƏYİNAT

Sosial

03 Mart 2026 09:59 2596


Canlı Sistemlərin Tədqiqi İnstitutuna yeni direktor müavini təyin olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İradə Xəlilova Canlı Sistemlərin Tədqiqi İnstitutunun direktor müavini vəzifəsinə gətirilib. Toyuqlu pizza

Martın 2-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova yeni direktor müavinini müəssisənin kollektivinə təqdim edib.

Qeyd edək ki, İradə Xəlilova biologiya elmləri üzrə fəlsəfə doktorudur. O, əvvəllər Xəzər Universitetinin rektoru olub.

2025-ci il yanvarın 1-də öz ərizəsi ilə rektor vəzifəsindən azad edilib.

Son təyinatadək Xəzər Universitetinin Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru postunda çalışıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!