İran ABŞ-a xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

İran ABŞ-a xəbərdarlıq etdi

Siyasət

03 Yanvar 2024 16:56 916


İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani ABŞ-a xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Təsnim" Agentliyi məlumat yayıb.

O bildirib ki, Vaşinqton HƏMAS-ın siyasi büro rəhbərinin müavini Saleh əl-Arurini öldürməsinin nəticələrinə hazırlaşsın: pizza mizza

"HƏMAS-ın yüksək rütbəli rəsmisinin öldürülməsi ABŞ-da qarışıqlıq yaradacaq.

ABŞ regional tarazlığı pozdu və bu (İsrail) sui-qəsdin (Aruri) nəticələri onların üzərinə düşəcək".

Nazir qeyd edib ki, müqavimət qüvvələrinə qarşı bu cür addımlar Amerika siyasətinə qarşı regional həmrəyliyi gücləndirəcək:

"Vaşinqtonun strateji səhvləri ABŞ-ın planlarına əks nəticə verəcək".

Qeyd edək ki, HƏMAS-ın yüksək rütbəli rəsmisi Saleh əl-Aruri çərşənbə axşamı günü İsrailin pilotsuz təyyarəsinin Beyrutun cənubundakı Dahiya ətrafına endirdiyi zərbə nəticəsində öldürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!