İran “Akıncı”nın helikopterin qalıqlarını tapmasını niyə təkzib edir?

saytların hazırlanması

Evə çatdırılma

İran “Akıncı”nın helikopterin qalıqlarını tapmasını niyə təkzib edir?

Siyasət

22 May 2024 01:34 1189


Səlcuq Bayraqdar Rəisinin qəzaya düşən helikopterinin qalıqlarının “Akıncı” vasitəsilə necə tapdıqlarından danışıb. Hətta bu prosesdə Azərbaycanın da dəstək verdiyini, işin koordinasiya olumuş şəkildə aparıldığını bildirib.

Yenisabah.az xəbər verir ki, bunu siyasi təhlilçi Asif Nərimanlı qeyd edib.

O bildirib ki, İran tərəfi qəza yerinin “Akıncı” tərəfindən tapıldığını təkzib edir: Toyuqlu pizza

"İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kollivand helikopterin tapılmasında xaricdən dəstək verildiyi xəbərlərini şaiyə adlandırıb, axtarış prosesinin tamamilə yerli qruplar tərəfindən həyata keçirildiyini deyib. Halbuki, “Akıncı” xəbərini də ilk İran mediası yaymışdı.

Rəisinin istifadə etdiyi helikopter, qəzanın yerini tapmaqla bağlı əlacsız qalmaları əslində İranın nümayiş etdirdiyi gücün reallıqla adekvat olmadığını ortaya çıxardı. “Akıncı”nı təkzib etmələri də bu gücsüzlüyün ört-basdır edilməsindən qaynaqlanır. Bu, həm də İran rejiminin mahiyyətinin dəyişmədiyinin təsdiqidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!